Ötən gecə Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki parklardan birində polis əməkdaşları xidmət aparan zaman yeni doğulmuş körpə (oğlan uşağı) aşkar ediblər.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, polis əməkdaşları körpəyə ilkin tibbi yardım göstəriblər:
 
"Vaxtında görülən tədbirlər nəticəsində körpənin həyatı xilas edilib. Daha sonra polislər körpəni xəstəxanaya yerləşdirib. Hazırda körpənin vəziyyəti normaldır. Həyatı üçün təhlükə yoxdur. Körpənin valideynlərinin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir".

Baxış sayı: 4283 | Tarix: 05.07.2024
Bizi Telegramda izləyin: @repostaz