Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclis sədrinin müavini Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.
 
Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
 
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Baxış sayı: 2649 | Tarix: 09.07.2024
Bizi Telegramda izləyin: @repostaz