Məktəbliyə qarşı qeyri-etik hərəkət edən sürücü həbs olunub.

Bu barədə RePost.Az-a DİN mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata əsasən, Bakı şəhərində taksi sürücüsünün məktəbliyə qarşı göstərdiyi qeyri-etik davranış polis əməkdaşları tərəfindən araşdırılıb.
 
Yasamal rayonu ərazisində “BYD” markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadə hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd hərəkətlər etdiyinə görə saxlanılıb və müvafiq qərarla həbs edilib.

Baxış sayı: 274 | Tarix: 20.10.2025
Bizi Telegramda izləyin: @repostaz