Prezident İlham Əliyevin Sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu ilin yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb:
	 
	1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;
	 
	1.2. Heydər Əliyev Mərkəzi;
	 
	1.3. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
	 
	1.4. Azərbaycanda Atatürk Mərkəzi;
	 
	1.5. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
	 
	1.6. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;
	 
	1.7. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu;
	 
	1.8. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
	 
	1.9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;
	 
	1.10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi;
	 
	1.11. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi;
	 
	1.12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
	 
	1.13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;
	 
	1.14. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;
	 
	1.15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
	 
	1.16. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
	 
	1.17. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;
	 
	1.18. icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar.