Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.
 
Bu barədə APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir.
 
Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.

Baxış sayı: 407 | Tarix: 09.07.2025
Bizi Telegramda izləyin: @repostaz