Rusiyada futbol üzrə Dünya Çempionatı davam edir.
Bu gün "B” qrupunun yekun oyunları keçirilib: İspaniya - Mərakeş və İran - Portuqaliya.
İspaniya - Mərakeş oyununda ispanlar oyunun sonuncu dəqiqələrində məğlubiyyətdən xilas olaraq qrupda liderlikləri təmin ediblər 2:2.
İran - Portuqaliya matçında iranlılar da son dəqiqələrdə məğlubiyyətdən xilas olsarada qrupda 3-cü yerdə qərarlaşıblar - 1:1.
Beləliklə, İspaniya və Portuqaliya yığmaları qrupda 1-ci və 2-ci yerdə qərarlaşaraq 1/8 final mərhələsinə vəsiqə qazanıblar.
Dünya Çempionatının 1/8 final mərhələsində İspaniya Rusiya yığması ilə, Portuqaliya isə Uruqvay yğması ilə qarşılaşacaqlar.
RePost.Az