İranlı gəncin Ali Rəhbər Ayətullah Əli Xamneyi ilə görüşdə hökuməti tənqid etməsi sensasiya doğurub.
 
RePost.Az xəbər verir ki, İranın voleybol üzrə milli komandasının üzvlərini qəbul edən Ali Rəhbər söz demək istəyən gəncə fikirlərini bildirməsi üçün icazə verib. Gənc hökuməti tənqid edərək diqqətə çatdırıb ki, istedadlı gənclər ölkəni tərk etmək istəyirlər. Onların inkişafı üçün heç bir şərait yaradılmır. İqtisadi vəziyyətin ağırlığı və inzibatçılıq xarici ölkələrdə keçirilən tədbirlərə qatılmaq imkanı vermir. Ölkədə baş verən haqsızlıq və ədalətsizlik gənclərin ümidsizliyə qapanmasına səbəb olub.
 
Gəncin fikirlərini diqqətlə dinləyən Ali Rəhbər pərtliyini gizlətmək üçün onunla razılaşdığını etiraf edib. 
 
Xatırladaq ki, bu günə kimi İranda Ali Rəhbərin qəbulunda belə çıxış olmamışdı. İranın Ali Rəhbərini tənqid etmək qanunla qadağandır. Lakin İran mətbuatı prezidenti və nazirləri tənqid edə bilər. Bu gənc də qanundan kənara çıxmayaraq yalnız hökuməti tənqid edib.

Baxış sayı: 3295 | Tarix: 22.08.2019
Bizi Telegramda izləyin: @repostaz