İspaniya Ali Məhkəməsinin kataloniyalı siyasətçilərə həbs cəzasına etiraz edən minlərlə kataloniyalı Barselona kütələrində aksiya keçirir.
 
RePost,Az xəbər verir ki, 3 gündür davam edən aksiyalarda polislərlə toqquşmalar baş verib.
 
Məlumata görə, polislərin sərt müdaxiləsi nəticəsində 96 nəfər xəsarət alıb. Bundan başqa, 33 nəfər saxlanılıb.
 
Qeyd edək ki, 1 oktyabr 2017-ci ildə Kataloniya müstəqilliyini elan etmək üçün referendum keçirmiş və referendum müstəqillik lehinə nəticələnmişdi.
 
Lakin, İspaniya Ali Məhkəməsi referendumu qanunsuz hesab etmiş və Kataloniya hökumətinin 9 üzvünün həbs edilməsi barədə qərar çıxarmışdı. Bir neçə gün öncə məhkəmə onlar haqqında 9 ildən 13 ilə qədər həbs qərarı çıxarıb.

Baxış sayı: 3447 | Tarix: 18.10.2019
Bizi Telegramda izləyin: @repostaz