Türkiyənin məşhur stendap ulduzu, aktyor Cem Yılmaz son paylaşımı ilə marağa səbəb olub.
 
Belə ki o, Twitter hesabında Azərbaycanın Türkiyədə məşhur gənc müğənnisi Nigar Muharremin “Yalnızlar şəhəri” mahnısını paylaşaraq bəyəndiyini bildirib.
 
Bundan öncə isə, Nigar Muharremin digər “Həsrət nəğməsi” mahnısını “Kurtlar vadisi”nin Çakırı – Oktay Kaynarca da paylaşaraq, sənətinə eşq elan etmişdi.
 
Yeri gəlmişkən, Cem Yılmazın Nigardan paylaşdığı “Yalnızlar şəhəri” mahnısının klipi hazırda Youtube-da 12 milyona yaxın baxış yığıb. Mahnının məşhur Spotify platformasından yükləmə sayı isə 2 milyondur.
 
Həmin klipi sizə də təqdim edirik:
 


Baxış sayı: 3333 | Tarix: 15.01.2020
Bizi Telegramda izləyin: @repostaz