Tanınmış fitness məşqçisi Kamil Zeynallı həbs edilib.
 
RePost.Az-ın məlumatına görə, bu barədə onun İnstagram hesabında məlumat paylaşılıb. 
 
Köməkçisinin adından edilən paylaşımda Kamil Zeynallının koronavirusla bağlı karantin qaydalarını pozduğuna görə saxlanıldığı bildirilib.
“Bu gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı Karantin qaydalarını pozduğu üçün 10 günlük həbs olunub. Əvvəl Ucara, 5-6 gün əvvəl isə Füzuli rayonuna maddi yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayonlara getməyə icazə verilmədiyindən, karantin qaydalarını pozduğu deyildi”.

Baxış sayı: 3561 | Tarix: 12.05.2020
Bizi Telegramda izləyin: @repostaz