Ağstafada bıçaqlanma hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbində qeydə alınıb. Məktəbin şagirdi 2012-ci il təvəllüdlü U.İ. kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
 
İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb.
 
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
 
Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
 
Faktla bağlı araşdırma aparılır.
 
TƏBİB-dən APA-ya verilən məlumata görə, aprelin 21-də saat 14:10 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib. İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Baxış sayı: 179 | Tarix: 23.04.2026
Bizi Telegramda izləyin: @repostaz