Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 9 iyun tarixli 196 nömrəli qərarında dəyişiklik edib.
 
RePost.Az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
 
Dəyişikliyə əsasən, qeyd olunan ərazilər üzrə sərt karantin günlərində fəaliyyət göstərəcək iş və xidmər sahələri artırılıb.
 
Qərasa əsasən, xəstəxanalar və təcili tibbi yardım müəssisələri ilə yanaşı, habelə dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılmasını həyata keçirən apteklər də fəaliyyət göstərəcək.
 
Bununla yanaşı, rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyət, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri də fəaliyyət göstərəcək.

Baxış sayı: 2782 | Tarix: 11.06.2020
Bizi Telegramda izləyin: @repostaz