İranda 60-dən artıq ölkənin 3400-dən çox vətəndaşının təxliyəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunub.
 
Bunu APA-nın sorğusuna cavabında XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
 
O bildirib ki, 395 Azərbaycan vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
 
Ayxan Hacızadə qeyd edib ki, İranda və İsraildə olan Azərbaycan vətəndaşlarının hərbi əməliyyatlar nəticəsində xəsarət alması barədə məlumat yoxdur.

Baxış sayı: 236 | Tarix: 13.03.2026
Bizi Telegramda izləyin: @repostaz