Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana işgüzar səfərə gəlib.
 
RePost.Az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri rəsmi facebook səhifəsində paylaşım edib. 
 
O bildirib ki, Azərbaycandakı qardaşlarımıza dövlətimizin və millətimizin dəstəyini və həmrəyliyini göstərmək üçün Bakıdayıq.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Baxış sayı: 2288 | Tarix: 06.10.2020
Bizi Telegramda izləyin: @repostaz