ABŞ prezidenti Donald Tramp meksikalı həmkarı Enrike Penya Nyeto ilə telefon söhbətinin gedişatında Meksikaya Amerika qoşunlarını yeritməklə hədələyib.

RePost.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Associated Press” agentliyi bildirib.

Tramp telefon söhbəti zamanı Meksikada “pis oğlanlar”la savaş üçün ABŞ ordusunu bu ölkəyə göndərməyə hazır olduğunu deyib.

“Sizdə xeyli pis oğlan var. Siz onları dayandırmaq üçün az iş görürsünüz. Hesab edirəm ki, sizin ordunuz qorxur. Mən ordunu göndərə bilərəm”, - deyə Tramp bildirib.

Amma ABŞ prezidentinin “pis oğlanlar” deyəndə kimləri nəzərtə tutduğu dəqiqləşmir.

Agentlik qeyd etdiyi kimi, telefon söhbətinin oxşar hissəsinin daha əvvəl Meksika KİV-i dərc edib. Meksika Xarici İşlər Nazirliyi isə söhbətin bu hissəsini saxta adlandırıb. “Associated Press” xatırladır ki, Tramp “pis oğlanlar” ifadəsini daha əvvəl də açıq çıxışlarda istifadə edib.

Xatırladaq ki, prezidentlər arasında telefon söhbəti yanvarın 27-də baş tutub.


Baxış sayı: 3010 | Tarix: 02.02.2017
Bizi Telegramda izləyin: @repostaz