Azərbaycan və İran sərhədi tam olaraq sərhədçilərimizin nəzarətinə keçdi.
 
RePost.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlahm Əliyev tvit paylaşıb.
 
Prezident qeyd edib ki, Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu.
 
"Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!", - Prezident vurğulayıb.
 

Baxış sayı: 2516 | Tarix: 22.10.2020
Bizi Telegramda izləyin: @repostaz