Azərbaycan ordusunun uğurlu əməliyyatı nəticəsində Zəngilan rayonunun daha bir neçə kəndi işğaldan azad edilib.

RePost.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlahm Əliyev tvit paylaşıb. 

Prezident qeyd edib ki, Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!


Baxış sayı: 2592 | Tarix: 22.10.2020
Bizi Telegramda izləyin: @repostaz