Rusiyada Çelyabinsk hava limanında bomba xəbərdarlığından sonra yüzlərlə adam təxliyə olunub.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxs hava limanına zəng edərək binada və ya təyyarələrin birində bomba olduğunu deyib.

Bildirilir ki, xüsusi-xidmət orqanlarının əməkdaşları axtarış aparıblar və nəticədə bomba tapılmayıb.


Baxış sayı: 2877 | Tarix: 04.02.2017
Bizi Telegramda izləyin: @repostaz