“Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna uyğun olaraq Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək”.
 
RePost.Az-ın məlumatına görə, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.
 
Nazir bildirib ki, Azərbaycanla bağlı layihə qəbul edilib, hazırlıqlar tamamlanıb: “Türk əsgəri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin başına gedəcək. Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır”.

Baxış sayı: 2573 | Tarix: 21.11.2020
Bizi Telegramda izləyin: @repostaz