Gəncə şəhərində mənzildən kişi meyiti tapılıb.
 
RePost.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Qurbanov Azad Şəmil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Baxış sayı: 2155 | Tarix: 25.11.2020
Bizi Telegramda izləyin: @repostaz