Türk Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatında Rus qırıcısı türk əsgərləri vurub. Hadisə nəticəsində 3 əsgər şəhid olub, 11-i yaralanıb.
 
RePost.Az xəbər verir ki, İŞİD hədəflərinə hava zərbələri endirən Rusiya qırıcısı kordinatları səhv salıb. Səhvən türk əsgərlərin olduğu bina bombardman olunub. Yaralı əsgərlərdən birinin vəziyyəti ağırdır. Rusiyalı rəsmilər hadisənin səhv olduğunu etiraf edərək, kədərləndiklərini bildirib, başsağlığı mesajlarını göndəriblər.  O cümlədin, Rusiya prezidenti Vladimir Putin də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib.
 
RePost.Az

Baxış sayı: 2991 | Tarix: 09.02.2017
Bizi Telegramda izləyin: @repostaz