Bakının Binəqədi rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.


RePost.Az xəbər verir ki, Biləcəri qəsəbəsində yaşayan, 1981-ci il təvəllüdlü Gülnarə Əfqan qızı Kərimova və onun oğlu, 2008-ci il təvəllüdlü Murad İlyas oğlu Kərimov yaşadıqları evdə dəm qazından boğulub. 


Digər hadisə isə rayonun Azadlıq prospekti ev  187, mənzil 40 ünvanında qeydə alınıb. Orada yaşayan, 1978-ci il təvəllüdlü İlqar Mustafayev dəm qazından boğularaq ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır. (Apa)


Baxış sayı: 3504 | Tarix: 13.02.2017
Bizi Telegramda izləyin: @repostaz