"Reina” gecə klubuna hücumun təşkilatçılarından biri olduğu müəyyən edilən türk əslli Fransa vətəndaşı Ə.S. İstanbulda tutulub.

RePost.Az xəbər verir ki, şübhəlinin üzərindən “Reina”ya hücum edən terrorçu Abdulqadir Maşaripovun qaldığı evin kirayə müqaviləsi çıxıb.

Onun 2009-cu ildən Fransada yerləşdiyi bildirilir.

Qeyd edək ki, Yeni il gecəsində “Reina” edilən hücum nəticəsində 39 nəfər ölüb, 65-i yaralanıb. ( Publika.az)


Baxış sayı: 2858 | Tarix: 14.02.2017
Bizi Telegramda izləyin: @repostaz