Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin olunub.
 
RePost.Az-ın məlumatına əsasən, sözügedən vəzifəyə polis mayoru Ramin Fətullayev təyin edilib.
 
R.Fətullayev daha öncə Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin rəis müavini vəzifəsində işləyib.

Baxış sayı: 2953 | Tarix: 01.04.2021
Bizi Telegramda izləyin: @repostaz