UEFA AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərə azarkeşlərlə bağlı planlarını təqdim etmək üçün vaxt qoyub.
 
Apasport.az saytının məlumatına görə, bunu turnirin koronavirus pandemiyası üzrə tibbi məsləhətçisi Daniel Kox deyib.
 
Almaniya mətbuatına açıqlama verən Kox yarışın azarkeşlərin iştirakı ilə baş tutacağına inandığını söyləyib. O, təşkilatçı şəhərlərin tamaşaçı sayı ilə bağlı fərqli qərar verə biləcəklərini söyləyib: “Riskli durumdur, amma tamaşaçıların oyunlara buraxılmasına razı olan ölkələr bu məsuliyyəti üzərlərinə götürürlər. Hansı arenalardan necə istifadə olunacağı aprelin əvvəllərində müəyyənləşəcək. Ev sahibi şəhərlərin planlarını UEFA-ya təqdim etmək üçün aprelin 7-nə qədər vaxtları var”.
 
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan AVRO-2020-nin oyunları 11 iyun – 11 iyul tarixlərində keçiriləcək. Final mərhələsi Avropanın 11 şəhərində, o cümlədən Bakıda təşkil olunması planlaşdırılır.

Baxış sayı: 3675 | Tarix: 02.04.2021
Bizi Telegramda izləyin: @repostaz