“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxacaq.
 
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Çelsi”ni qəbul edəcək.
 
İngiltərə təmsilçisi ilə görüşə saat 21:45-də start veriləcək.
 
“Qarabağ” 3 turdan sonra 6 xalla 15-ci sıradadır. Aktivində eyni xalı olan “Çelsi” isə 13-cüdür.
 
Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
 
5 noyabr
 
21:45 Qarabağ – Çelsi (İngiltərə)
Baş hakim: Sebastyan Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika stadionu

Baxış sayı: 255 | Tarix: 05.11.2025
Bizi Telegramda izləyin: @repostaz