Azərbaycanın mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub.
 
Bu barədə RePost.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
 
Bildirilir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.
 
"COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir. Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk", - deyə məlumatda qeyd olunur.
 

Baxış sayı: 2915 | Tarix: 21.04.2021
Bizi Telegramda izləyin: @repostaz