Çox dadlı və tez hazırlanan bulka reseptini  RePost.az oxucularına təqdim edir..
	 
	Tərkibi:
	 
	300 qr un 
	2 çay qaşığı qabartma tozu
	1 çay qaşığı soda
	1/2 çay qaşığı duz 
	2 xörək qaşığı şəkər tozu 
	75 qr doğranmış soyuq kərə yağı 
	150 ml soyuq süd
	 
	 Aralarına qoymaq üçün arzu etdiyiniz qədər tünd şokolad (60%)
	 
	Üzəri üçün:
	 
	1 yumurta
	 
	 Hazırlanma qaydası: 
	 
	İlk öncə bir qabda un, qabartma tozu, duz, soda və şəkər tozunu qarışdırın.Unlu qarışığa dilimlənmiş soyuq kərə yağını əlavə edib əlinizlə ovun. Süd tökün və xəmir yoğurun. Unlanmış dəzgahın üzərində xəmiri yoğurun və 3 mm qalınlığında düzbucaq formasında yayın. Xəmiri 12 bərabər hissəyə bölün və hər hissəyə şokolad parçaları yerləşdirin. Xəmiri şokolad parçalarının üzərinə bükün və kənarlarını yüngülcə basın ki, yapışsın. Bulkaları yağlı kağız sərilmiş soba sinisinə düzün və üzərinə çırpılmış yumurta yaxın. 210 dərəcə qızdrılmış sobada 15-20 dəqiqə qızılı rəng alanadək bişirin. Bişən bulkaları kofe və ya südlə süfrəyə verə bilərsiniz. 
	 
	Nuş olsun!