Nar mürəbbəsi əsasən ləvəngilərdə istifadə edilir. Bu zaman ləvəngi daha ləzzətli olur. RePost.Az oxucuları üçün nar mövsümünün əvəzolunmazı olan nar mürəbbəsinin hazırlanmasını təqdim edir.

Nar mürəbbəsi

Tərkibi:

2 stəkan şəkər tozu

2 stəkan nar suyu

1 stəkan nar dənəsi

1çay qaşığı limon suyu

1 kiçik çubuq darçın

1 ədəd hil

 

Hazırlanma qaydası:

İlk öncə təzə sızdığınız nar suyunu orta ölçülü qazana tökün.Üzərinə şəkər tozu əlavə edərək şəkər əriyənədək qarışdıraraq qaynadın.Qaynayan suya darçın və hili əlavə edib zəif odda arabir köpüklərini götürərək qatılaşanadək qaynadın.Qatılaşan mürəbbəyə nar dənələrini əlavı edin və daha 5 dəqiqə qaynadın.Ən sonda 1 çay qaşığı limon suyu əlavə edərək qaynadıb ocaqdan götürüb bankalara tökün.Tamam soyuyan mürəbbənin qapağını bağlayıb otaq temperaturunda saxlayın.

Nuş olsun!

RePost.Az


Baxış sayı: 6335 | Tarix: 05.12.2016
Bizi Telegramda izləyin: @repostaz