Tatarıstanın paytaxtı Kazanda gənc qadınlar gecə saatlarında yola çıxaraq avtomobillərin qarşısını kəsməyə başlayıblar.
 
RePost.Az xəbər verir ki, yarıçılpaq halda gecə yol kəsən qadınlar sürücüləri dayandıraraq onlaran pul istəyirlər. Qadınların pul istəmə səbəbləri isə bir xeyli marağa səbəb olub.
 
"Geyməyə bir şey almağımız üçün bizə pul verərsiniz?" - deyə soruşan qadınlardan biri 3 gündə təxminən min türk lirəsi (təxminən 500 manat)  toplamağı bacarıb.
 
Alış-veriş edə bilmək üçün nağd pul yığan rus qadınlarını sürücülərdən biri videoya çəkməyi bacarıb.
 
Yarıçılpaq qızlardan biri kameraya: "Bir köynək üçün 100 rublunuz varmı? Bu bir xahişdir. Lütfən bizə kömək edin", - dediyi açıq duyulub.
 
RePost.Az

Baxış sayı: 2725 | Tarix: 17.02.2017
Bizi Telegramda izləyin: @repostaz