Zaqatalada 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Faldar kəndində baş verib.
 
Kənd sakini, 1954-cü il təvəllüdlü Fəxrəddin Durmuş oğlu Durmuşov yaşadığı ünvanda mal tövləsində təsərrüfat işləri aparan zaman tövlədə olan iribuynuzlu inək onu vurub.
 
Hadisə zamanı 67 yaşlı F. Durmuşovun başı tövlədə olan dəmir konstruksiyaya dəyib. Ağır qapalı kəllə-beyin travması alan F. Durmuşov yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Həkimlərin səyinə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 3314 | Tarix: 07.07.2021
Bizi Telegramda izləyin: @repostaz