FİBA milli komandaların reytinq cədvəlini açıqlayıb.
 
Apasport.az saytının məlumatına görə, kişi basketbolçulardan ibarət Azərbaycan millisi siyahıdan kənarlaşdırılıb.
 
Komandamız cədvəldə yer alan 164 yığma sırasına düşməyib. Buna səbəb yığmamızın son 8 ildə heç bir rəsmi matça çıxmamasıdır.
 
Reytinq 8 ilə əsasən hesablandığından bu müddətdə oynamayan komandalar cədvəldən kənar düşür. Düzdür, basketbolçularımız kiçik ölkələrin çempionatında çıxış etməli idi. Ötən ilə planlaşdırılan yarış koronavirus səbəbindən bu ilə təxirə salınıb. Yığmamız isə bu dəfəki yarışa getməkdən imtina edib.
 
Reytinqə ABŞ (765,2), İspaniya (722,4) və Avstraliya (690,5) komandaları başçılıq edir.
 
Qadın yığmamız isə dünyada 103-cüdür. 60,9 xala malik komandamız Avropada 44-cüdür.
 
Millimiz son siyahıda antirekorda da imza atıb. Komandamız ən çox geriləyən yığmadır. Basketbolçularımız 14 pillə geriləyib.
 
Xanım basketbolçularımızı da kişilərin taleyi gözləyir. Son matçını 2014-cü ildə keçirən komandamız gələn il reytinqdən kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzədir.
 
Hazırda isə cədvəldə yalnız 124 komanda var. Siyahıya ABŞ (829,3), İspaniya (722,4) və Avstraliya (677,1) yığmaları başçılıq edir.

Baxış sayı: 4644 | Tarix: 24.08.2021
Bizi Telegramda izləyin: @repostaz