Daxili işlər nazirinin əmri ilə İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Emil Usubov İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin olunub.
 
RePost.Az Salamnews-a istinadən xəbər verir ki, bir neçə gün öncə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
 
Qeyd edək ki, Emil Usubov daxili işlər naziri Ramil Usubovun böyük oğludur.
 
RePost.Az

Baxış sayı: 2573 | Tarix: 22.02.2017
Bizi Telegramda izləyin: @repostaz