Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
RePost.Az xəbər verir ki, sərəncamla XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif ediliblər:
 
“Şöhrət” ordeni ilə
 
Rəhimov İlqar Elxan oğlu
 
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
 
Məmmədov Kamal Cabir oğlu

Baxış sayı: 3447 | Tarix: 06.09.2021
Bizi Telegramda izləyin: @repostaz