Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib.
 
RePost.Az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
 
Qeyd edək ki, Azərbaycanın maliyyə naziri Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. O, 1991-1995-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifələrində çalışıb. 1995-2001-ci illərdə isə Azərbaycan Milli Bankında departament direktoru, baş direktor olub. Daha sonra 2001-2006-cı illərdə Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində işləyib. Prezident İlham Əliyevin 18 aprel 2006-cı il tarixli sərəncamı ilə maliyyə naziri təyin edilib.
 

Baxış sayı: 3580 | Tarix: 06.09.2021
Bizi Telegramda izləyin: @repostaz