Azərbaycan və Türkiyə Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” təliminə start verdi. Təlim iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq sazişinə əsas keçirilir, lakin özündə konkret mesajları da ehtiva edir.
 
Birincisi, İran Culfa-Aslandüz-Muğan istiqamətində təlimlər keçir: Türkiyə Naxçıvanda bu təlimlərə başlamaqla əvvəllər olduğu kimi, indi də Tehrana Azərbaycana qarşı təhdidin ona qarşı təhdid olduğunun mesajını verir; dünən gecə saatlarında Türkiyə PUA-larının İranla sərhəddə kəşfiyyat uçuşları həyata keçirdiyinə dair məlumatlar da yayılmışdı;
 
İkincisi, İranın Arazboyu təlimlərinə mesaj elə Araz çayının üzərindən verilir: “Sarsılmaz qardaşlıq-2021” təlimi çərçivəsində bayraqdəyişmə mərasimi Araz çayı üzərindəki “Ümid” körpüsündə keçirilib;

Baxış sayı: 3219 | Tarix: 21.09.2021
Bizi Telegramda izləyin: @repostaz