Mosul beynəlxalq hava limanı İŞİD terror təşkilatından tamamilə azad edilib.

RePost.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İraq Federal Polis Təşkilatının rəisi Raid Cevdət açıqlama verib.

Onun sözlərinə görə, hazırda İraq ordusu Mosulun qərbində Tayaran istiqamətində irəliləyir. Mosul Əməliyyatlıar Mərkəzinin mətbuat xidməti isə Əl-Gizlani hərbi bazasının da terrorçulardan geri alındığlını bildirib. Açıqlamada hərbi bazaya İraq bayrağının sancıldığı qeyd edilib.

Qeyd edək ki, Mosulun qərbinin İŞİD-dən azad olunması əməliyyatlarına ötən bazar günü başlanılıb. Əməliyyatlara beynəlxalq koalisiya havadan dəstək verir.


Baxış sayı: 4530 | Tarix: 24.02.2017
Bizi Telegramda izləyin: @repostaz