Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN "Twitter"də bildirib.
 
"Pakistanın Bəlucistan vilayətində baş verən zəlzələ xəbəri bizi dərindən kədərləndirdi.
 
Təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını diləyirik. Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün qardaş Pakistanın yanındayıq", - XİN qeyd edib.

Baxış sayı: 3504 | Tarix: 07.10.2021
Bizi Telegramda izləyin: @repostaz