Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb.
 
RePost.Az-ın məlumatına görə, göyərtəsində erməni hərbçilər olan təyyarə artıq Bakıdan İrəvana yola düşüb.
 
Həmin erməni hərbçilər Azərbaycan Ordusuna qarşı ağır cinayətlər və zorakılıq əməlləri törətmədiklərinə görə geri qaytarılıb.
 
Bu, Azərbaycan tərəfinin növbəti humanitar addımı kimi qiymətləndirilir.

Baxış sayı: 1395 | Tarix: 19.10.2021
Bizi Telegramda izləyin: @repostaz