Həbsdə olan Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli aclığı dayandırıb.
 
Bunu APA-ya açıqlamasında onu müayinə edən həkim, professor Adil Qeybulla deyib. A. Qeybulla bildirib ki, hazırda onun yanından gəlir: "Mənim və qardaşının təkidi ilə Saleh Rüstəmli aclıq aksiyasını dayandırdı. Bundan sonra onun səhhətinin yaxşılaşması istiqamətində müalicələr aparılacaq".
 
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya faktı təsdiqləyib.
 
Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
 
S. Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

Baxış sayı: 3238 | Tarix: 16.12.2021
Bizi Telegramda izləyin: @repostaz