Premyer Liqanın 20-ci turunda hazırda Gəncə şəhər stadionunda keçirilən "Kəpəz" - "Qəbələ" oyun zamanı dava düşüb. 
 
RePost.Az xəbər verir ki, matçın 38-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Nicat Qurbanov qonaqların yarımmüdafiəçisi Nika Kvekveskiri arasında gərginlik yaşanıb. Hadisə zamanı Qurbanov gürcü oyunçuya sillə vurub. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev isə hər iki futbolçunu qırmızı vərəqə ilə meydandan qovub.
 
RePost.Az

Baxış sayı: 3067 | Tarix: 28.02.2017
Bizi Telegramda izləyin: @repostaz