Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
 
RePost.Az report-a istinadən xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.nümayəndə heyətinin 5 üzvündə infeksiya aşkarlanıb. Onların arasında məşqçi və idmançılar da var.
 
Həmçinin 9 nəfərin peyvənd olunmadığı iddia edilir.
 
Azərbaycan Cüdo Federasiyasından Report-a bildirilib ki, məsələ ilə bağlı tezliklə rəsmi açıqlama veriləcək.
 
Qeyd edək ki, 28 - 30 yanvarda təşkil olunacaq Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi.

Baxış sayı: 3637 | Tarix: 27.01.2022
Bizi Telegramda izləyin: @repostaz