Daxili İşlər Nazirliyi (DİN) Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokolun göndərilməsinə münasibət bildirib.
 
DİN mətbuat xidmətindən RePost.Az-a bildirilib ki, Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır. 
 
"52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edillib.  
 
Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır", - açıqlamada vurğulanır.

Baxış sayı: 3751 | Tarix: 29.01.2022
Bizi Telegramda izləyin: @repostaz