Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
 
RePost.Az-ın məlumatına görə, müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
 
Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.

Baxış sayı: 3200 | Tarix: 01.02.2022
Bizi Telegramda izləyin: @repostaz