Martın 1-də, saat təxminən 16.50-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrdən birinin müdafiə sahəsində müqavilə ilə xidmət edən əsgər-37 yaşlı Nver Babacanyan ölümcül qəlpə yarası alıb.
 
RePost.Az xəbər verir ki, bu barərdə Dağlıq Qarabağdakı separatçı rejimin silahlı birləşməsi məlumat yayıb. Hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi üçün istintaq aparılır.
 
2 ay əvvəl öz hərbçi yoldaşı, kiçik serjant tərəfindən güllələnmiş Qurqen Sarkisyan da həlak olub. Qurgen Sarkisyan 16 yanvarda başından yaralanmışdı. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bu gün – martın 1-də əsgər saat 14:10 radələrində Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hospitalında ölüb.
 
RePost.Az

Baxış sayı: 2763 | Tarix: 01.03.2017
Bizi Telegramda izləyin: @repostaz