Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqrov Bakı Şəhər Baş Polis İdarəsi rəis müavini, polis general-mayoru Səhlab Bağırovun özbaşınalığının qurbanı olub. Bu barədə diplomat öz Facebook səhifəsində yazıb.  RePost.Az diplomatın yazdığını olduğu kimi təqdim edir: 
 
"Axşamınız xeyir dostlar!
 
Mən söz vermişdim ki, Ermənistan-Azərbaycan münaqişəsindən başqa mövzulara toxunmayacam, lakin vəziyyət məni istisnalar etməyə vadar edir. Bu axşam öz ailəm ilə birlikdə Mərdəkandakı evimə qayıdırdım. Başıma xoşagəlməz və heyrətamiz hadisə gəldi. Arxamca gələn hansısa maşın, baxmayaraq ki, hərəkət çox intensiv idi və heç bir zolaqlarda yol yox idi, işıq siqnalları verirdi. Əsəbi-isterik vəziyyət yaradırdı. İşıqdan gözümü kor edirdi. İmkan yaranan kimiona yol verdim və qarşıya buraxdım. Amma bundan sonra həmin maşın da sürəti azaltdı.
 
Saatda 120 kilometr sürət həddi olan yolda əyləci basdı. Görəndə ki, qarşımda hansısa qeyri-adekvat və aqressiv insandır, ona işıq siqnalı verdim. Ötmə əməliyyatı edərək sağ zolağa keçdim. Elə bu anda bir patrul maşını mənə çatdı. Maşını saxladım. Polis inspektoru mənə bildirdi ki, qaydaları pozmuşam. Sən demə, bu tipin hansısa böyük bir vəzifəsi var imiş və mənə BMW avtomobilin üzlüyünün altındakı mayak işıqları ilə siqnal veribmiş. Açığı deyim ki, mənim maşınım böyükdür və o avtomobilin üzlüyüy arxasında hansı işığın yandığı görünmür. Bu video reqistratora da düşüb. Əgər həmin mayak maşının üstündə quraşdırılmış olsaydı, əla görünərdi. Patrul əməkdaşları böyük hörmətlə mənim sənədlərimi yoxladılar, alkoqol testi keçirdilər və içkili olmadığımı gördülər.
 
Bundan sonra mənə bildirdilər ki, maşında Şəhər Polis İdarəsindən hansısa general var. Dedilər ki, onlara göstəriş verilib ki, mənim maşınımı cərimə meydançasına aparsınlar. "Nə üçün?" sualına isə cavab verdilər ki, heç bir pretenziya formalaşdıra bilmirlər və hətta heç protokol da yazmadılar. Mən onların tələblərini yerinə yetirdim və onlar özləri məni evə gətirdilər. Dediklərimin sübutu üçün maşındakı video reqistratorub qeydlərini də sizə təqdim edirəm. Mənim iki sualım var:
 
1. Bu hörmətli "cənab" kimdir ki, mən bilmədən onun xətrinə dəymişəm (maşının nömrəsi video reqistrator qeydlərində də görünür)
 
2. Təcrübəli sürücülər mənim maşın idarə etməyimdə hansı səhvi görə bilərlər? Bax belə bir əhvalat başıma gəlib bu axşam. Çox sevinirəm ki, bu naməlum general "zatalilərinə" hörmətsizlik etdiyim üçün ailəmin gözü önündə məni güllələtmədiyi üçün təşəkkür edirəm.
 
Əgər ciddi desək, lap gənc yaşlarımdan mənim bu görünməz generaldan daha böyük imtiyazlarım olub. Lakin mən heç vaxt bu imtiyazlarımdan sui-istifadə etməmişəm. Çox ləyaqətli insanlar olan sürücülərim və mühafizəçilərim "seçilmiş olduqlarını" nümayiş etdirməyiblər. Açığı desəm, mənim səfir rütbəm, ən yüksək diplomatik rütbədir. Bu general rütbəsinə bərabər bir rütbədir. Mənə bu rütbəni 1998-ci il 15 yanvar tarixində Prezident Heydər Əliyev verib və buna görə hər zaman qürur duymuşam".
 
RePost Az-ın məlumatına görə, criminal.az həmin avtomobilin kimə məxsus olduğunu araşdırıb. Məlum olub ki,  10 AA 102 dövlət nömrə nişanlı avtomobil Bakı Şəhər Baş Polis İdarəsi rəsinin müavini, polis general-mayoru Səhlab Bağırovun xidməti avtomobilidir.
 
RePost Az
 

Baxış sayı: 2972 | Tarix: 02.03.2017
Bizi Telegramda izləyin: @repostaz