Rusiya mətbuatının bəzi saytları "Anonymous" haker qrupunun hədəfinə çevrilib.
 
RePost.Az xəbər verir ki, hazırda "TASS", "Kommersant", "İzvestiya", "RBK" kimi Rusiya saytlarına daxil olmaq mümkün deyil.
 
"Anonymous"un rəsmi tvitter hesabında bildirilib ki, son 48 saatda Rusiya dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin və bankların 300-dən çox saytına hücum olub.

Baxış sayı: 3675 | Tarix: 28.02.2022
Bizi Telegramda izləyin: @repostaz