Rusiyanın "Sputnik Azərbaycan" agentliyinin yeni rəhbəri Vitali Denisov təyin edilib.
 
Haqqin.az -ın əldə etdiyi məlumata görə, Rusiya xüsusi xidmət orqanlarının polkovniki Denisov Cənubi Osetiyada strateji tapşırıqlar icra edib.   Görünməz cəbhənin döyüşçüsü "qəribə təsadüf nəticəsində" Rusiya-Gürcüstan müharibəsi başa çatdıqdan sonra separatçı respublikada “prezidenti”nin administrasiyası rəhbərinin müavini vəzifəsinndə çalışıb. 
 
Haqqin.az əmindir ki, jurnalistikaya heç bir aidiyyatı olmayan Denisov Azərbaycanda vəziyyəti gərginləşdirmək və stabilliyi pozmaq üçün göndərilib. Ümumiyyətlə Britaniya və ABŞ-in KİV-ləri (BBC, Amerikanın səsi və s) bağlandığı halda, Rusiyanın "Sputnik" agentliyinin əlkədə sərbəst fəaliyyət göstərməsi suallar doğurur. 
 
Məlumatda agentliyin Azərbaycanda açılmasında prezidentin keçmiş köməkçisi Əli Həsənovun böyük rolu qeyd olunur.

Baxış sayı: 3884 | Tarix: 17.04.2022
Bizi Telegramda izləyin: @repostaz