Jurnalist Pərvin Abışova Bakıda İran səfirliyinin qarşısında təknəfərlik etiraz aksiyası keçirib.

RePost.Az xəbər verir o, İranda haqsız yerə həbs olunan milli fəal Abbas Lisaniyə azadlıq tələb edib və İranın Azərbaycanda pozuculuq fəaliyyətlərinə etirazını bildirib.

Müxtəlif şəxslər vasitəsilə dini rejim qurmaq istəklərinin qəbul edilməz olduğunu vurğulayaraq Azərbaycanda heç zaman şəriət dövlətinin baş tutmayacağını qeyd edib.

Sonda jurnalist xanım. Çantasından aftafa çıxardaraq səfirliyin qarşısına atıb.


Baxış sayı: 5423 | Tarix: 23.06.2022
Bizi Telegramda izləyin: @repostaz