“2021-ci ilin sonuna qədər ölkədə qeydiyyatda olan narkotik istifadəçilərin sayı 34 602 nəfər təşkil edib”.

RePost.Az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzin baş direktoru Orxan Cəfərov deyib.

O qeyd edib ki, qeydiyyata götürlən şəxslərdən 556-sı qadındır: “Yaş göstəricilərinə gəlincə, onlardan iki nəfəri 14 yaşında, 12 nəfəri 15-17 yaşında, 2 313 nəfəri 18-24 yaşındadır. Yaşı 65-dən çox olanlar isə 292 nəfər təşkil edir”.


Baxış sayı: 521 | Tarix: 24.06.2022
Bizi Telegramda izləyin: @repostaz